—

“Sakartvelos Respublika” qəzetində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar məqalə yayımlanıb

489
“Sakartvelos Respublika” qəzetində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar məqalə yayımlanıb
Dinləmək üçün basın

“Alyans” Gənclər Mərkəzinin “Maddi-mənəvi irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “ Dost, qonşu və…

“Alyans” Gənclər Mərkəzinin “Maddi-mənəvi irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “ Dost, qonşu və strateji tərəfdaş” sərlövhəli məqalə dərc olunub.

InterPress.ge xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə bu il keçirilən tədbirlərin həm Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğu, həm də Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrə təsadüf etdiyi bildirilib.

Naxçıvanın Azərbaycan xalqına Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev və Azərbaycan dövlətinin memarı, qurucusu, Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətlər bəxş etdiyi bildirilib. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası qarşısındakı tarixi xidmətləri sadalanıb, muxtar respublikanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün məhdud daxili imkanlardan maksimum və səmərəli istifadə etdiyi, o cümlədən qonşu dövlətlərlə iqtisadi əlaqələrin inkişafı üçün zəruri tədbirlər həyata keçirdiyi vurğulanıb.

Məqalədə həmçinin Naxçıvana hər zaman Prezident İlham Əliyevin böyük diqqət və qayğısından bəhs edilib. Habelə ötən 20 ildə Prezident İlham Əliyevin birbaşa diqqəti sayəsində muxtar respublikanın enerji probleminin tamamilə aradan qaldırıldığı bildirilib. Bundan başqa, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə birlikdə Naxçıvana səfərləri, “Əshabi-Kəhf” ziyarətgahını ziyarət etməsi də yer alıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →