—

Qardabanidə Beynəlxalq Yer Kürəsi Günü qeyd edilib

372

Dinləmək üçün basın

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar “Yerin tarixi - protoplanetdən mavi planetə” adlı tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, məktəb şagirdləri və tələbələr arasında ekoloji maarifləndirməni artırmaq və sağlam ətraf mühit yaratmaq məqsədilə keçirilən tədbirdə ekoloji problemlərə diqqət cəlb edilib.

Tədbirdə çıxış edən Qardabani Təhsil və İnteqrasiya mərkəzinin direktoru Çiçək Hüseynova Beynəlxalq Yer Kürəsi Gününün tarixi haqqında məlumat verib, sağlam mühit yaratmaq üçün cəmiyyətin birgə fəaliyyətinin önəmindən danışıb.

Daha sonra şagird və tələbələr ətraf mühitin mühafizəsi, yerin inkişaf tarixi və mavi planetin müasir çağırışları mövzusunda fikir mübadiləsi aparıblar.

Sağlam ətraf mühitdən bəhs edən qısametrajlı filmi izləyəndən sonra tədbir iştirakçıları təmizlik aksiyasına qoşulub və Mərkəzin həyətində ağaclar əkiblər.

Qeyd edək ki, Beynəlxalq Yer Kürəsi Günün builki mövzusu “Plastiksiz Planet”dir.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar “Yerin tarixi - protoplanetdən mavi planetə” adlı tədbir keçirilib. Məktəb şagirdləri və tələbələr arasında ekoloji maarifləndirməni artırmaq və sağlam ətraf mühit yaratmaq məqsədilə keçirilən tədbirdə ekoloji problemlərə diqqət cəlb edilib.

Tədbirdə çıxış edən Qardabani Təhsil və İnteqrasiya mərkəzinin direktoru Çiçək Hüseynova Beynəlxalq Yer Kürəsi Gününün tarixi haqqında məlumat verib, sağlam mühit yaratmaq üçün cəmiyyətin birgə fəaliyyətinin önəmindən danışıb.

Daha sonra şagird və tələbələr ətraf mühitin mühafizəsi, yerin inkişaf tarixi və mavi planetin müasir çağırışları mövzusunda fikir mübadiləsi aparıblar.

Sağlam ətraf mühitdən bəhs edən qısametrajlı filmi izləyəndən sonra tədbir iştirakçıları təmizlik aksiyasına qoşulub və Mərkəzin həyətində ağaclar əkiblər.

Qeyd edək ki, Beynəlxalq Yer Kürəsi Günün builki mövzusu “Plastiksiz Planet”dir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →