—

Borrel: Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi planını hazırlayıb

271
Borrel: Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi planını hazırlayıb
Dinləmək üçün basın

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi planını hazırlayıb.

InterPress.ge "Report" a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

"Biz bu vəsaitdən bir neçə mərhələdə istifadə etmək niyyətindəyik. Birinci mərhələ fevral ayında həyata keçirilib. Aktivlərdən gəlir əldə edən mərkəzi depozitorlarla bağlı qaydalar tətbiq edilib. Onları ayırmaq, müəyyən etmək və uçota almaq lazımdır", - Borrel deyib.

Onun sözlərinə görə, gəlirlər ayrıca hesablardadır.

Borrell qeyd edib ki, dondurulmuş aktivlər ildə 3 milyard avroya qədər gəlir gətirə bilər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →