—

Parlament yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası davam edir

376
Parlament yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası davam edir
Dinləmək üçün basın

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən tələbələr Rustaveli prospektini bağlayıblar. InterPress.ge xəbər verir ki, hazırda Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bundan…

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən tələbələr Rustaveli prospektini bağlayıblar.

InterPress.ge xəbər verir ki, hazırda  Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan əvvəl tələbələr Tbilisi Dövlət Universitetindən Parlamentə yürüş təşkil edib, daha sonra Tbilisi Palas otelinə gəliblər, mitinq iştirakçılarının dediyinə görə, burada Rusiya İnstitutu “Ənənəvi dəyərlər” forumunu keçirir.

Tələbələrin sözlərinə görə, aksiya daimi xarakter daşıyır və hökumət “Xarici təsirin şəffaflığı” qanun layihəsini geri götürənə qədər davam edəcək.

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də səs-küylü komitə və sessiya müzakirələrindən sonra “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →