"Namizəd ölkə kimi Gürcüstan diqqətini onu Avropa İttifaqına yaxınlaşdıracaq addımlara yönəltməlidir".
InterPress.ge xəbər verir ki, Estoniyanın baş naziri Kaya Kalas bu barədə X-də yazıb və Gürcüstanın Estoniyadakı yeni səfiri ilə görüşdüyünü deyib.
"Mən Gürcüstanın yeni səfiri Zurab Xamaşuridzeni salamladım. Biz razılaşdıq ki, Ukraynanı dəstəkləmək hər iki ölkə üçün vacibdir. Estoniya Gürcüstanın Avroatlantik yolunu dəstəkləyir. Avropa İttifaqına namizəd ölkə kimi Gürcüstanı Avropa İttifaqına yaxınlaşdıracaq addımlara diqqət yetirilməlidir”, - Kalas yazıb.
