—

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

424
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dinləmək üçün basın

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş illik müddətdən əvvəl ölkədən çıxarılması prosesinə…

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş illik müddətdən əvvəl ölkədən çıxarılması prosesinə başlanılıb.

InterPress.ge “Report”a istinadən xəbər verir ki , bu barədə ilkin olaraq, müxtəlif media resursları və sosial şəbəkələrdə yayılan qeyri-rəsmi informasiya daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Kremlin mətbuat katibi Dmitri Peskovun müvafiq açıqlamaları ilə rəsmən təsdiqlənib.

Hazırda sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingenti və onun istifadəsində olan hərbi texnikanın Azərbaycandan çıxarılmasını əks etdirən çoxsaylı videolar yayılmaqdadır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →