—

Kaladze: "Sizə söz verirəm ki, biz Avropa İttifaqına “Gürcü Arzusu” şərtləri ilə daxil olacağıq”

376
Kaladze: "Sizə söz verirəm ki, biz Avropa İttifaqına “Gürcü Arzusu” şərtləri ilə daxil olacağıq”
Dinləmək üçün basın

"Mən sizə söz verirəm ki, biz Avropa İttifaqına “Gürcü Arzusu” şərtləri ilə daxil olacağıq”.

"Mən sizə söz verirəm ki, biz Avropa İttifaqına “Gürcü Arzusu” şərtləri ilə daxil olacağıq”.

InterPress.ge xəbər verir ki, bu barədə paytaxtın meri Kaxa Kaladze öz Facebook səhifəsində yazıb.

Kaxa Kaladzenin fikrincə, Gürcüstanın gələcəyi Avropadır.

“Əlbəttə, Gürcüstanın gələcəyi Avropadır! Bunu kimsə sual edir? Əgər biz Avropaya inteqrasiya yolunda hansısa uğur əldə etmişiksə, Avropa ölkələrində vizasız, gürcü pasportu ilə sərbəst hərəkət edə biliriksə, bu, “Gürcü Arzusu” hökuməti dövründə baş verib. Assosiasiya müqaviləsi imzalandı, namizəd statusu aldıq.

Mən ilk növbədə Avropanın Gürcüstanda və burada uşaqlarımız və gələcək nəsillərimiz üçün olmasını istəyirəm. Atalarımız da bunun üçün, azad, müstəqil olmaq üçün mübarizə aparıblar. Heç kim utanmasın və gələcəyimizin Avropa olduğunu söyləməkdən qorxmasın”, - Kaxa Kaladze yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →