—

Lotu Qulinin harada dəfn ediləcəyini qardaşı açıqladı

7,343
Lotu Qulinin harada dəfn ediləcəyini qardaşı açıqladı
Dinləmək üçün basın

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun harda dəfn ediləcəyi ilə bağlı yeni xəbər yayılıb.

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun harda dəfn ediləcəyi ilə bağlı yeni xəbər yayılıb.

“InterPress.ge” xəbər verir ki, ötən gecə Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” İstanbulda dəfn ediləcək.

Bu barədə mərhumun qardaşı Müşfiq Səlifov açıqlama verib. Kriminal avtoritetin qardaşı bunu ailə üzvlərinin məhz bu şəhərdə yaşamaları ilə izah edib.

Maraqlıdır ki, daha əvvəl onun Bakıda, Bakıxanov qəsəbəsindəki qəbirstanlıqda dəfn ediləcəyi iddia edilmişdi.

Qeyd edək ki, N.Səlifov Türkiyədə güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →