—

Xaricdəki kriminal avtoritetin adı ilə vətəndaşlardan zorla pul tələb edən şəxs saxlanıldı

868
Xaricdəki kriminal avtoritetin adı ilə vətəndaşlardan zorla pul tələb edən şəxs saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü T.Q.-ni hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlayıblar.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü T.Q.-ni hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda xaricdə yaşayan kriminal avtoritet adından istifadə edərək vətəndaşlarla əlaqə saxlayıb, onları öldürməklə və əmlaklarını məhv etməklə hədələyərək külli miqdarda əmlak əldə etmək məqsədilə onlardan 100 min ABŞ dolları istəyib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri  nəticəsində cinayətdə təqsirləndirilən T.Q. hakimin qərarı ilə saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərindən şəxsi yoxlama nəticəsində pul tələb etmək məqsədilə təqsirləndirilən şəxsin vətəndaşlarla əlaqə saxladığı mobil telefon və SİM kartlarını sübut kimi götürüblər.

Külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələb etmə faktı üzrə Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.

Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →