—

ABŞ Ukraynaya əlavə döyüş sursatı verib

313
ABŞ Ukraynaya əlavə döyüş sursatı verib
Dinləmək üçün basın

ABŞ hökuməti Ukrayna silahlı qüvvələrinə 5000-dən çox AK-47, pulemyot, tüfəng, RPQ-7 və 50000-dən çox patron verib.

ABŞ hökuməti Ukrayna silahlı qüvvələrinə 5000-dən çox AK-47, pulemyot, tüfəng, RPQ-7 və 50000-dən çox patron verib.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X -də məlumat yayıb.

 Mərkəzi Komandanlığın məlumatına görə, sözügedən sursat İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq husi üsyançılarına daşınan gəmilərdən müsadirə edilib.

"Bu silahlar Ukraynaya özünü Rusiyadan müdafiə etməyə kömək edəcək... Birləşmiş Ştatlar ABŞ və BMT sanksiyaları və embarqoları da daxil olmaqla, bütün hüquqi vasitələrlə İranın regiona ölümcül yardım axınına qarşı çıxmaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyə sadiqdir. İranın dəstəyi silahlı qruplar beynəlxalq və regional təhlükəsizliyə, qüvvələrimizə, bölgədə yaşayan diplomatik personalımıza və vətəndaşlarımıza, eləcə də tərəfdaşlarımıza təhdid yaradır”, - bəyanatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →