—

Oğru dünyasının üzvləri saxlanıldı

694
Oğru dünyasının üzvləri saxlanıldı
Dinləmək üçün basın

Tbilisi, Rustavi və Çxorotskuda “oğru dünyası" ilə əlaqəsi olan 8 nəfər tutulub.

Tbilisi, Rustavi və Çxorotskuda “oğru dünyası" ilə əlaqəsi olan 8 nəfər tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onlar oğru dünyasının üzvü olmaq, oğru dünyasının fəaliyyətinə dəstək vermək, oğru dünyasının üzvünə müraciət etmək ittihamı ilə saxlanılıblar: 1989-cu il təvəllüdlü K.B., 1991-ci il təvəllüdlü Q.Ş., 1975-ci il təvəllüdlü R.M. (ləqəbi "Lolo"), 1990-cı il təvəllüdlü B.S., 1964-cü il təvəllüdlü K.B., 1974-cü il təvəllüdlü M.Ğ. (ləqəbi "Ğurşa"), 1991-ci il təvəllüdlü T.Ç. (“Tazo” ləqəbli) və 1987-ci il təvəllüdlü İ.K.

İstintaq müəyyən edib ki, xarici ölkə vətəndaşı ilə T.Ç. arasında tikinti biznesi zəminində maliyyə mübahisəsi yaranıb. Mübahisəli məbləğ 130.000 lari təşkil edib. Eyni zamanda şirkətin əməkdaşı, 1964-cü il təvəllüdlü K.B. xarici ölkə vətəndaşına kömək edəcəyinə söz verib və pulu “oğru” üsulu ilə çıxarmaq üçün kriminal avtoritetlərə, o cümlədən oğlu - 1989-cu il təvəllüdlü K.B.-yə müraciət edib. 

Öz növbəsində T.Ç. də kömək üçün kriminal avtoritetlərə müraciət edib. Kriminal avtoritetlər işə “qanuni oğruları” – Nika Gitolandiya və Nodar Şukakidzeni cəlb ediblər. Bundan sonra onlar “oğru hesablaşması” təşkil edərək mübahisə edən tərəflərdən birinə müəyyən müddət ərzində digərinə, həm də onların xeyrinə müəyyən məbləğdə pul ödəməyi tapşırıblar.

Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları mobil telefonlar maddi sübut kimi götürülüb.

Cinayətlər 10 ilə qədər həbslə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →