—

Sabahdan etibarən avtomobillərin və motosikletlərin tranzit dövlət nömrə nişanlarının dizaynı dəyişdiriləcək

755
Sabahdan etibarən avtomobillərin və motosikletlərin tranzit dövlət nömrə nişanlarının dizaynı dəyişdiriləcək
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəqliyyat vasitələrinə və motosikletlərə tranzit dövlət nömrə nişanlarının verilməsi qaydasında və dizaynında dəyişiklik edib.

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəqliyyat vasitələrinə və motosikletlərə tranzit dövlət nömrə nişanlarının verilməsi qaydasında və dizaynında dəyişiklik edib.

InterPress.ge xəbər verir ki, aprelin 1-dən tranzit nömrələri yeni qaydaya əsasən veriləcək.

Dəyişikliklər nəticəsində daxili tranzit və tranzit nömrə nümunələri eyni formada müəyyən edilib və nömrə şəxsən, konkret nəqliyyat vasitəsinə veriləcək və ondan başqa heç bir şəxs istifadə edə bilməyəcək.

Qeyd olunan dəyişikliklər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiqinə də kömək edəcək.

Aprelin 1-dək verilmiş ölkədaxili tranzit və tranzit nömrələri qanunvericiliklə müəyyən edilmiş etibarlılıq müddətində qüvvədə qalır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →