—

Sankt-Peterburqda 400-dən çox miqrant Rusiyadan qovulur

802
Sankt-Peterburqda 400-dən çox miqrant Rusiyadan qovulur
Dinləmək üçün basın

Sankt-Peterburqda keçirilmiş reydlər nəticəsində 400-dən çox miqrant Rusiyadan qovulacaq.

Sankt-Peterburqda keçirilmiş reydlər nəticəsində 400-dən çox miqrant Rusiyadan qovulacaq.

InterPress.ge xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin rəhbəri Daria Lebedeva bildirib.

Onun sözlərinə görə, miqrasiya qanunlarını pozmuş 418 əcnəbi Rusiyada məcburi şəkildə çıxarılacaq.

Lebedeva qeyd edib ki, martın 25-dən 29-dək Sankt-Peterburq məhkəmələrinə miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 584 iş daxil olub ki, onlardan 515-nə baxılıb, 418 qanun pozucusu ölkə hüdudlarından kənara məcburi deportasiya olunmaqla cərimələnib. Daha 48 nəfər cərimə ödəməli və müstəqil şəkildə Rusiyanı tərk etməlidir.

Qeyd edək ki, Tacikistan vətəndaşlarının təqsirləndirildiyi “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının istintaqı fonunda Rusiya boyu reydlər keçirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →