—

"Hökumətin xalqın qayğısına qaldığı, hər bir gürcünün taleyini ürəyində saxladığı vaxtı xatırlayırsınızmı?" - Saakaşvili

312
"Hökumətin xalqın qayğısına qaldığı, hər bir gürcünün taleyini ürəyində saxladığı vaxtı xatırlayırsınızmı?" - Saakaşvili
Dinləmək üçün basın

"Hökumətin xalqın qayğısına qaldığı, hər bir gürcünün taleyini ürəyində saxladığı vaxtı xatırlayırsınızmı? Bu, mənim prezidentliyim zamanı baş verib".

"Hökumətin xalqın qayğısına qaldığı, hər bir gürcünün taleyini ürəyində saxladığı vaxtı xatırlayırsınızmı? Bu, mənim prezidentliyim zamanı baş verib".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində yazıb.

Saakaşvili Somali quldurlarının gürcü dənizçiləri əsir alanda hakimiyyətin nə etdiyini xatırlayıb.

“Somali quldurları dənizçilərimizi əsir alanda biz yoldaşım, iqtisadiyyat nazirinin birinci müavini Giorgi Karbelaşvilinin rəhbərliyi ilə xüsusi qrup yaratdıq. O, Somali sərhədinə getdi və demək olar ki, hər gün mənimlə telefonla danışırdı. İcazəmlə Giorgi beynəlxalq silahlı xüsusi təyinatlıları yerində topladı və biz dəniz quldurlarına gözlənilməz basqınla təkcə öz dənizçilərimizi deyil, bəzi türk dənizçilərini də xilas etdik.

Daha sonra prezident təyyarəsini Mombasaya göndərdik və İstanbul hava limanında Ərdoğanla mən iki ölkənin dənizçiləri üçün birgə ziyafət təşkil etdik və bu, bütün dünya mediası tərəfindən yayımlandı. Bizdən qat-qat böyük və güclü dövlətlərin edə bilmədiklərini Gürcüstan edə bildi”, - Saakaşvili sosial şəbəkədə yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →