—

Tbilisidə "Novruz Festivalı" keçiriləcək

442
Tbilisidə "Novruz Festivalı" keçiriləcək
Dinləmək üçün basın

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının təşəbbüsü, Tbilisi meriyasının, eləcə də Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Tbilisi…

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının təşəbbüsü, Tbilisi meriyasının, eləcə də Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Tbilisi şəhərinin mərkəzində, Abanotubani küçəsində (Heydər Əliyev parkının yanı) Novruz Bayramı keçiriləcək.

InterPress.ge xəbər verir ki, tədbir 20 mart 2024-cü il tarixində saat 13:00-da başlayacaq, saat 18:00-dək davam edəcək.

Bayram şənliyində Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın Gürcüstandakı səfirlikləri də öz xalqlarının Novruz ənənələrini nümayiş etdirəcəklər.

Novruz Bayramı şənliyində Aşıq Nargilə, “Sarvan” rəqs qrupu, Xırdalan Musiqi Məktəbinin ansamblı, eləcə də “Ceyran”, “Buta”, “Çıraqdani”, “Qvirila” ansamblları, müğənnilər Nikos Bandi, Oto Bazeraşvili, Dito Kitsişvili, həmçinin bir çox digər ifaçılar da çıxışlar edəcəklər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →