—

Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə sövq etməyə çağırıb

317
Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə sövq etməyə çağırıb
Dinləmək üçün basın

" Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə sövq etmək istiqamətində addımlar atmalıdır".

"Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə sövq etmək istiqamətində addımlar atmalıdır".

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

O vurğulayıb ki, Ermənistan revanşist addımlardan çəkinməlidir.

Nazir bildirib ki, bu gün Türkiyə və Gürcüstandan olan həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə görüşdə həm də Ermənistanla normallaşma prosesi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sülh quruculuğu sahəsində Azərbaycanın atdığı addımlar da müzakirə edilib.

“Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra sülh üçün tarixi imkan yaranıb. Sülh üçün beynəlxalq hüquq normalarına tam əməl olunmalıdır”, - Azərbaycan XİN başçısı söyləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →