"Qəzza zolağına hava və dəniz yolu ilə humanitar yardımın çatdırılması müsbət addım olsa da, həll yolu deyil".
InterPress.ge xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Ankarada keçirdiyi brifinqdə bildirib.
“Biz inanırıq ki, ABŞ dünya ictimaiyyətinin onlara göstərdiyi təzyiq nəticəsində Qəzzada humanitar fəlakətə son qoymağın yollarını axtarır. Digər tərəfdən, biz deyirik ki, problemin əsl əsasını həll etmək lazımdır”, - Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
O, qeyd edib ki, Ankara Qəzzaya 9 min ton humanitar yardım göndərib, lakin bu, kifayət deyil.
