—

ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayırıb

344
ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayırıb
Dinləmək üçün basın

ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

InterPress.ge CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib.

Yeni paketə HIMARS raket sistemləri üçün artilleriya mərmiləri və GMLRS idarə olunan raketlərin böyük bir partiyası daxildir.

Sallivan bildirib ki, Ukrayna tərəfinin bu köməyə çox ehtiyacı var.

Onun sözlərinə görə, bu paket Ukraynanın döyüş meydanındakı ehtiyaclarını ödəmək üçün tamamilə yetərli deyil və yaxın həftələrdə Vaşinqton administrasiyası Kiyevə əlavə yardımın ayrılmasını təsdiqləyə bilər.

Qeyd edək ki, bu, 2023-cü ilin dekabrından indiyədək ABŞ-dən Ukraynaya ilk hərbi yardım paketidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →