—

Kvemo Kartlidə polis iki kiloqramdan çox narkotik ələ keçirdi - VİDEO

1,920
Kvemo Kartlidə polis iki kiloqramdan çox narkotik ələ keçirdi - VİDEO
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsi əməkdaşları, keçirdikləri operativ istintaq axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik maddə qanunsuz əldə etmə və saxlama ittihamı ilə Tetritskaro…

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsi əməkdaşları, keçirdikləri operativ istintaq axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik maddə qanunsuz əldə etmə və saxlama ittihamı ilə Tetritskaro Bələdiyyəsində 1958-ci il təvəllüdlü S.A.-nı saxladılar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

Məlumata görə, polis Tetritskaro bələdiyyəsinin ərazisində avtomobil sürərkən təqsirləndirilən şəxsi dayandırdılar. Saxlanılan şəxsə məxsus avtomobildə aparılan axtarış zamanı polis sübut olaraq iki kiloqram və 300 qram "heroin", " morfin " və " kodein " olan narkotik maddə ələ keçirib.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" yarımbəndinə əsasən, külli miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanması faktı üzrə istintaq davam etdirilir.

Cinayət səkkiz ildən 20 ilədək və ya ömürlük həbs cəzası ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →