—

Narkotik cinayətləri törətməkdə təqsirli bilinən səkkiz nəfər saxlanılıb

279
Narkotik cinayətləri törətməkdə təqsirli bilinən səkkiz nəfər saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin, Tbilisi və Acarıstan Polis Şöbələrinin əməkdaşları tərəfindən son vaxtlar həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətləri…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin, Tbilisi və Acarıstan Polis Şöbələrinin əməkdaşları tərəfindən son vaxtlar həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 8 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin, o cümlədən psixotrop maddələrin əldə edilməsi və saxlanması və onların qanunsuz satışına hazırlanma, qanunsuz olaraq marixuana əldə etmə və saxlama və satmağa cəhd etmə faktları üzrə saxlanılıblar: 1975-ci il təvəllüdlü Q.B., 1995-ci il təvəllüdlü K.C., 2001-ci il təvəllüdlü C.K., 2002-ci il təvəllüdlü O.S., 1999-cu il təvəllüdlü D.Q., Belarus vətəndaşı, 1985-ci il təvəllüdlü M.M., əvvəllər məhkum olunmuş şəxslər: 1981-ci il təvəllüdlü N.Z. və 2001-ci il təvəllüdlü Q.Q.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi, avtomobilləri, yaşayış evlərinə baxış nəticəsində, habelə saxlanılan şəxslərin göstərdikləri yerlərdən sübut kimi müxtəlif növ narkotik vasitələr götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260, 18-260, 261, 18-261, habelə 273 və 19-273-cü maddələri ilə aparılır.

Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →