—

Nika Qvaramiya ilə Nika Melia siyasi ittifaq yaradırlar

297
Nika Qvaramiya ilə Nika Melia siyasi ittifaq yaradırlar
Dinləmək üçün basın

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.

InterPress.ge xəbər verir ki, onların siyasi komandalarının martın 11-də Tbilisidəki hotellərdən birində görüşərək yekun qərarı elan edəcəkləri bildirilib.

Nika Melia 2023-cü ilin yanvarında sabiq Prezident Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən uzaqlaşdırılıb.

Partiya daxilində elektron qaydada keçirilən səsvermədə Levan Xabeişviliyə məğlub olan Melia tərəfdarları ilə birlikdə VMH-dən uzaqlaşıb.

Əvvəllər həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin vəkili kimi çıxış etmiş Nika Qvaramia isə 2022-ci ilin mayında “Rustavi 2” işi üzrə həbs edilib. 2023 ilin iyununda Salome Zurabişvilinin əfv sərəncamı ilə azadlığa çıxan Qvaramia “Mtavari Arxi” telekanalının rəhbərliyindən istefa verərək siyasi fəaliyyətə başlayıb.

Hər iki lider hökumət əleyhinə, həmçinin Rusiya əleyhinə çıxışları ilə tanınır. Xatırladaq ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →