—

Prokurorluq azyaşlını heyvanın ölümünə səbəb olan amansız rəftara görə ittiham edib

538
Prokurorluq azyaşlını heyvanın ölümünə səbəb olan amansız rəftara görə ittiham edib
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu bir nəfəri heyvanın ölümünə səbəb olan amansız rəftarına görə ittiham edib. InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Gürcüstan Prokurorluğu bir nəfəri heyvanın ölümünə səbəb olan amansız rəftarına görə ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Baş Prokurorluğun  məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar müəyyən edilib ki, fevral ayında Mçxeta bələdiyyəsinin Cerovani kəndində təqsirləndirilən azyaşlı öz Pitbull cinsli itinə Metis cinsli iti parçaldaraq heyvanın ölümünə səbəb olub". 
Azyaşlıya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin 3-cü hissəsi (heyvanla amansız rəftar, onun ölümünə səbəb olan) ilə ittiham irəli sürülüb.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.
Gürcüstan Prokurorluğu heyvanlara qarşı amansızlıqla törədilən cinayətlərlə bağlı ciddi cinayət-hüquq siyasəti yürüdür. “Prokurorluğun təşəbbüsü ilə Cinayət Məcəlləsinin 259-cu maddəsinə daxil edilməsi nəzərdə tutulan qanunvericilik dəyişiklikləri layihəsi hazırlanıb və bunun əsasında heyvanlara qarşı işgəncə və amansız rəftar cinayətlərinə görə cəza sərtləşdirilib”, - deyə agentlikdən bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →