—

Sahibsiz heyvanı itə parçaladan şəxslə bağlı cinayət işi başlanıldı

434
Sahibsiz heyvanı itə parçaladan şəxslə bağlı cinayət işi başlanıldı
Dinləmək üçün basın

Mtsxetada bir nəfər pitbula qəsdən sahibsiz heyvanı parçaladıb.

Mtsxetada bir nəfər pitbula qəsdən sahibsiz heyvanı parçaladıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı bir neçə gün əvvəl sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin heyvanlara işgəncə və amansız rəftarı nəzərdə tutan 259-cu maddəsi ilə araşdırma aparır.

Heyvan haqları müdafiəçiləri deyiblər ki, istintaq orqanları hələ heç kimi tutmayıblar. Onların sözlərinə görə, hadisədə iştirak edənlər arasında azyaşlılar da var və istintaq əlavə təfərrüatları açıqlamır.

Heyvanların hüquqları müdafiəçiləri onu da qeyd ediblər ki, oxşar hadisə təkcə Mtsxetada baş verməyib, itlər arasında oxşar “döyüşlər” regionlarda da təşkil olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →