Marneulinin mərkəzi Rustaveli küçəsində qəza baş verib.
InterPress.ge xəbər verir ki, yolu keçən piyadanı Qazel markalı yük maşını vurub.
Məlumata görə, Qazel piyadanı vuran zaman arxadan gələn Lada və Kia markalı avtomobil isə bir-biri ilə toqquşub.
Şahidlərin verdiyi məlumata görə, yaralının vəziyyəti ağır şəkildə olub.
Yarlalı təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Hadisə yerinə polis cəlb olunub araşdırma aparılır.

