Tercola bələdiyyəsinin Simoneti kəndi yaxınlığında baş verən yol qəzası itki ilə başa çatıb.
InterPress.ge xəbər verir ki, iki avtomobil bir-biri ilə toqquşub, nəticədə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Xilasetmə xidməti və polis hadisə yerinə səfərbər edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırmalar davam etdirilir.
