Aqara-Qomi yolunda baş verən yol qəzasında 1 nəfər ölüb.
InterPress.ge xəbər verir ki, ölən 16 yaşlı qızdır.
Məlumata əsasən, iki nəfər də yaralanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə cinayət işi başlanıb.
