—

16 yaşlı oğlana qaçan 13 yaşlı qız tapıldı

1,385
16 yaşlı oğlana qaçan 13 yaşlı qız tapıldı
Dinləmək üçün basın

Beş günlük axtarışdan sonra Kaxetidə 16 yaşlı oğlanla qaçan 13 yaşlı qız tapılıb.

Beş günlük axtarışdan sonra Kaxetidə 16 yaşlı oğlanla qaçan 13 yaşlı qız tapılıb.  

InterPress.ge xəbər verir ki, qızın atası məlumatı təsdiqləyib.

“Polis indicə mənə dedi ki, qız tapılıb. Tbilisidən Kaxetiyə gedirəm və qızımın necə olduğunu, harada tapıldığını və nə baş verdiyini öyrənəcəyəm. Başqa heç nə bilmirəm”, – deyə qızın atası deyib.

Ailənin sözlərinə görə, Kaxeti bölgəsinin bələdiyyələrindən birində 16 yaşlı azyaşlı kənddə 7-ci sinifdə oxuyan qızı qaçırıb. Oğlanın ailəsi deyir ki, qız oğlana öz istəyi ilə qaçıb və müvafiq sübutlar var.

Daxili İşlər Nazirliyi bildirir ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə istintaq başlayıb. Ailə və polis fevralın 28-dən azyaşlıları axtarırdı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →