—

13 yaşlı qız 16 yaşlı oğlana ərə gedib - Polis cinayət işi başladıb

3,149
13 yaşlı qız 16 yaşlı oğlana ərə gedib - Polis cinayət işi başladıb
Dinləmək üçün basın

Kaxeti bələdiyyəsinin kəndlərindən birində 13 yaşlı qız 16 yaşlı oğlana ərə gedib.

InterPress.ge xəbər verir ki, yeniyetmələr bir neçə gündür itkin düşüblər.

Qızın atasının sözlərinə görə, oğlan qızını aldadaraq evdən çıxarıb və qaçırıb. Qızın atası deyir ki, oğlanın ailəsi əvvəllər qıza elçi düşsələr də, onlara rədd cavabı verilib.

Oğlanın ailəsi qızın könüllü olaraq qoşulub qaçdığını iddia edir və bildirir ki, bunu sübut edən səsli mesaj və məktub da var.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →