—

Restoran qarşısında 20-yə yaxın şəxs arasında dava düşüb - Saxlanılanlar var

824
Restoran qarşısında 20-yə yaxın şəxs arasında dava düşüb - Saxlanılanlar var
Dinləmək üçün basın

Tbilisidə, Ketevan Dedopali prospektində, restoranlardan birində baş vermiş dava ilə bağlı Daxili İşlər Nazirliyi 4 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, insidentlə bağlı 126-cı maddə, yəni qrup zorakılığı ilə bağlı istintaq başlayıb.

Xatırladırıq ki, “Stumari da maspindzeli” restoranında dava gecə saatlarında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, restoranın içərisində şifahi mübahisə başlayıb, daha sonra fiziki qarşıdurmaya çevrilib.

Yayılan videolarda fiziki qarşıdurmada 20-yə qədər insanın iştirak etdiyi görünür. Hadisə yerində bir neçə təcili tibbi yardım briqadası da olub. Yəqin ki, xəsarət alanlar da var.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →