—

ABŞ Dövlət Departamenti: Ukraynada döyüş meydanında vəziyyət son dərəcə ağırdır

364
ABŞ Dövlət Departamenti: Ukraynada döyüş meydanında vəziyyət son dərəcə ağırdır
Dinləmək üçün basın

Ukraynada döyüş meydanında vəziyyət son dərəcə ağırdır. Ukrayna qoşunlarında Rusiyanın təcavüzünü dəf etmək üçün lazım olan kifayət qədər sursat yoxdur.

Ukraynada döyüş meydanında vəziyyət son dərəcə ağırdır. Ukrayna qoşunlarında Rusiyanın təcavüzünü dəf etmək üçün lazım olan kifayət qədər sursat yoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə, ukraynalılar cəsarətlə döyüşməkdə davam edirlər. Onların hələ də istifadə edə biləcəkləri zireh, silah və sursat var, lakin Birləşmiş Ştatlar Konqresi hərəkətə keçmədiyi üçün onlardan qənaətlə istifadə etməlidirlər.

“Ukrayna qüvvələrinin ən çox Qara dənizdə etdikləri kimi cəsarətlə döyüşməyə və uğur qazanmağa davam edəcəyini gözləyirik. Lakin ehtiyac duyduqları sursatlara çıxışları olmasa, bu, onlar üçün daha çətin olacaq”, - Metyu Miller qeyd edib.

Onun sözlərinə görə, buna görə də prezident Bayden Konqresi hərəkətə keçməyə çağırır.

ABŞ Dövlət Departamentinin sözçüsü “Bir daha biz Konqresi səsvermədə üzərinə düşən vəzifəni yerinə yetirməyə və Ukrayna ordusuna çox ehtiyac duyulan yardımı təsdiqləməyə çağırırıq” deyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →