—

Prokurorluq narkotik cinayətlərinə görə 4 nəfərə qarşı ittiham irəli sürüb

264
Prokurorluq narkotik cinayətlərinə görə 4 nəfərə qarşı ittiham irəli sürüb
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu 4 xarici ölkə vətəndaşına qarşı külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanması, habelə Gürcüstana qanunsuz gətirilməsi…

Gürcüstan Prokurorluğu 4 xarici ölkə vətəndaşına qarşı külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanması, habelə Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyində müxtəlif cinayət işləri üzrə aparılmış istintaqla müəyyən edilib ki, həbs edilmiş 3 Çin, Rusiya və Ukrayna vətəndaşları qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan “Metamfetamin”, "MDMA", "Metadon" və külli miqdarda psixotrop maddə "ketamin" saxlayıb. Həmçinin, Almaniya vətəndaşı Gürcüstana qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan “Mdma” və “kokain”i idxal edib və saxlayıb.

“4 nəfər qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanması, 1 nəfər isə xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq Gürcüstan ərazisinə gətirilməsi faktı ilə bağlı ittihamlar irəli sürülüb. Onlara irəli sürülən ittiham 8 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Prokurorluğun vəsatəti əsasında məhkəmə hər 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
"Cinayət işlərinin istintaqı davam etdirilir", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →