—

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı faciəsinin qurbanları anılıb

288
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı faciəsinin qurbanları anılıb
Dinləmək üçün basın

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı faciəsinin qurbanları anılıb.

InterPress.ge xəbər verir ki, Qardabani Təhsil və İnteqrasiya Mərkəzində məktəb şagirdləri və ali məktəb tələbələrinin, rayonun gürcü ictimaiyyətinin iştirakı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Çiçək Hüseynova Ermənistanın apardığı məkrli siyasətdən bəhs edib, Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olmasını diqqətə çatdırıb.

Çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. Natiqlər vurğulayıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşub.

Sonda Ali Baş Komandan Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldılmasını əks etdirən video-çarx nümayiş etdirilib.

Xocalı faciəsinə həsr olunmuş tədbirdə həmçinin "İşgəncələr məbədi" Şuşa həbsxanası filmi də nümayiş olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →