—

Tbilisidə atasını qətlə yetirməkdə ittiham olunan şəxs saxlanılıb

320
Tbilisidə atasını qətlə yetirməkdə ittiham olunan şəxs saxlanılıb
Dinləmək üçün basın

Tbilisi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1998-ci il təvəllüdlü R.Q. ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

Tbilisi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1998-ci il təvəllüdlü R.Q.  ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, bu il fevralın 23-də Tbilisidə yaşayış mənzilində münaqişə zəminində ata - 1974-cü il təvəllüdlü G.G.soyuq silahla yaralanıb.Yaralı xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını dəyişib.

Polis tərəfindən R.G. hadisə yerinin yaxınlığında təqsirləndirilən şəxs qismində tutulub. Hüquq-mühafizə orqanları cinayət silahını - bıçağı sübut kimi çıxarıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsinin “K” yarımbəndi ilə aparılır ki, bu da ailə üzvünün ağırlaşdırıcı şəraitdə qəsdən qətlə yetirilməsini nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →