—

Azərbaycan və Gürcüstanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb

461
Azərbaycan və Gürcüstanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb
Dinləmək üçün basın

Azərbaycanın Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GMETK) arasında enerji tənzimlənməsi sahəsində…

Azərbaycanın Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GMETK) arasında enerji tənzimlənməsi sahəsində anlaşma memorandumu imzalanıb.

InterPress.ge-nin Azərbaycan mətbuatına istinadən verdiyi məlumata görə, sənədi AERA-nın İdarə Heyətinin sədri Samir Axundov və GMETK-in sədri Davit Narmania imzalayıblar.

Memorandum energetika sahəsində tənzimləmə üzrə əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi, habelə qurumlar arasında ikitərəfli münasibətlərin inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır.

Anlaşma memorandumu çərçivəsində tərəflər energetika sahəsində tənzimləmə üzrə təcrübələrini bölüşəcək, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair məlumat mübadiləsi aparacaq, müxtəlif təlim proqramları üzrə, o cümlədən bərpa olunan enerjinin və enerji səmərəliliyinin tənzimlənməsi istiqamətində təlimlər təşkil edəcəklər.

Qeyd edək ki, AERA və GMETK arasında uzunmüddətli tərəfdaşlıq əlaqələri mövcuddur. Bu iki tənzimləyici qurum Enerji Tənzimləyiciləri Regional Assosiasiyası (ETRA) çərçivəsində uğurla əməkdaşlıq edir.

İmzalanmış memorandum Azərbaycan və Gürcüstanın tənzimləyici qurumları arasında məhsuldar tərəfdaşlığın genişləndirilməsində mühüm mərhələnin başlanğıcıdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →