Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhey Gürcüstan-Aİ Assosiasiya Şurasının 8-ci sessiyasına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, avropalı komissar bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun qeyd etdiyinə görə, Gürcüstan əsl Avropa ölkəsinə çevrilir.
“Biz işimizi sürətləndirməyə razılaşdıq: Aİ yolunda irəliləyiş və 9 addımın həyata keçirilməsi, erkən inteqrasiya sahələrinin həyata keçirilməsi (məsələn, rouminq və SEPA).
Biz Gürcüstanı əsl Avropa ölkəsinə çeviririk”, - Oliver Varhey deyib.
