—

Aleksey Navalnının ölümü ilə əlaqədar Avropa İttifaqı sanksiyalar tətbiq etməyi düşünür

281
Aleksey Navalnının ölümü ilə əlaqədar Avropa İttifaqı sanksiyalar tətbiq etməyi düşünür
Dinləmək üçün basın

Rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə əlaqədar Avropa İttifaqı sanksiyalar tətbiq etməyi düşünür.

Rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə əlaqədar Avropa İttifaqı sanksiyalar tətbiq etməyi düşünür.

InterPress.ge xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell bu mövzuda Brüsseldə danışıb.

Aİ liderləri Brüsseldə nazirlərin görüşündə toplaşır. Görüşdə Navalnının həyat yoldaşı da iştirak edəcək. Borrell bildirib ki, son bir neçə gün ərzində Rusiyanın bir neçə şəhərində Navalnının anım mitinqində yüzlərlə insan həbs edilib.

“Biz Rusiya müxalifətinə dəstək mesajı verməliyik”, - Borrell bildirib.

Üzvlərin bugünkü iclasda Moskvaya qarşı yeni sanksiyaları müzakirə edəcəyi gözlənilir.

Borrell həmçinin Avropa İttifaqına insan haqları sanksiya rejiminin adını dəyişdirərək “Navalni İnsan Haqları Sanksiya Rejimi” adlandırmağı təklif edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →