—

Almaniya Ukraynaya 1,7 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırıb

340
Almaniya Ukraynaya 1,7 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırıb
Dinləmək üçün basın

Almaniya Ukraynaya 1,7 milyard avro həcmində yeni hərbi yardım paketi ayırıb.

InterPress.ge "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın kansleri Ulaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.

U.Şolts Ukraynaya "Haubitsa" zenit raket qurğuları tədarük edəcəklərini vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında kansler Almaniyanın Ukraynaya silah və maliyyə yardımı məqsədi ilə 2024-cü il üçün 8 milyard avro büdcə ayıracağını vurğulamışdı.

Mətbuat konfransında kansler qeyd edib ki, nəzərdə tutulmuş bu məbləğin 6 milyardı Ukraynaya gələn il veriləcək. Almaniyada olan ukraynalı qaçqınlara kömək üçün 6 milyon avrodan çox vəsait ayrılacaq. Avropa İttifaqı isə Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı etməyi planlaşdırır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →