—

ABŞ Senatı Ukraynaya yardımla bağlı prosedur əngəlini aradan qaldırıb

333
ABŞ Senatı Ukraynaya yardımla bağlı prosedur əngəlini aradan qaldırıb
Dinləmək üçün basın

Bazar günü ABŞ Senatı yekun prosedur əngəlinin aradan qaldırılmasının lehinə səs verib və yaxın günlərdə keçirilməsi nəzərdə tutulan Ukrayna, İsrail və Tayvana maliyyə yardımı layihəsi üzrə yekun səsverməni…

Bazar günü ABŞ Senatı yekun prosedur əngəlinin aradan qaldırılmasının lehinə səs verib və yaxın günlərdə keçirilməsi nəzərdə tutulan Ukrayna, İsrail və Tayvana maliyyə yardımı layihəsi üzrə yekun səsverməni yaxınlaşdırıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Yekun səsvermənin lehinə 67, əleyhinə 27 senator çıxıb.

18 respublikaçı senator prezidentliyə namizəd Donald Trampın qanun layihəsini tənqid edərək yardımın kredit şəklində verilməli olduğunu bildirməsindən sonra sənədi dəstəkləyib.

Bununla belə, qanun layihəsi Senat tərəfindən qəbul edildikdən sonra qeyri-müəyyən gələcəklə üzləşəcəyi respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasına keçəcək.

Demokratlar və respublikaçılar onun nəzərdən keçirilməsini sürətləndirməyə razılaşarsa, qanun layihəsi daha sürətli irəliləyə bilər. Amma indiyədək belə bir razılaşma əldə olunmayıb.

Layihəyə Ukrayna üçün 61 milyard dollar, HƏMAS-a qarşı savaşda İsrailə 14 milyard dollar və Tayvan da daxil olmaqla Hind-Sakit okean regionunda tərəfdaşları dəstəkləmək və Çinin təcavüzünün qarşısını almaq üçün 4,83 milyard dollar daxildir.

O həmçinin Qəzza və İordan çayının qərb sahili, Ukrayna və dünyanın digər münaqişə zonalarında mülki əhaliyə 9,15 milyard dollar humanitar yardımı ehtiva edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →