—

DİQQƏT! Marneuli, Rustavi və Qardabaninin bu ərazilərində sürüşmə prosesi gözlənilir

1,616
DİQQƏT! Marneuli, Rustavi və Qardabaninin bu ərazilərində sürüşmə prosesi gözlənilir
Dinləmək üçün basın

Rustavi və Tbilisi-Qırmızı Körpü avtomobil yollarının bəzi ərazilərində sürüşmə prosesləri gözlənilir.

Rustavi və Tbilisi-Qırmızı Körpü avtomobil yollarının bəzi ərazilərində sürüşmə prosesləri gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin Geologiya Departamentinin 2023-cü ildə hazırlanmış və 2022-ci il dövrünü təsvir edən bülletenində bəhs edilir.

O cümlədən, sənədə əsasən, Rustavi şimal-qərb periferiyasında, yeni qəsəbə ərazisində, Tbilisi-Qırmızı Körpü avtomobil yolunun müəyyən hissələrində, Yağluca poliqonunun yaxınlığında, Mtkvari çayı dərəsinin sağ yamacında gözlənilir.

Bundan əlavə, sənəddə qeyd olunub ki, Marneuli Bələdiyyəsinin ərazisində sürüşmə proseslərinin aktivləşməsi gözlənilir, yəni: Mtkvari, Algeti, Xram və Debeda çaylarının yüksək terraslarının sərhəd zonasında yerləşən: Keşəli, birinci və ikinci Kosalı, Əzizkəndi və Algeti ərazilərində;

Bülletendə bildirilir ki, Qardabani bələdiyyəsi ərazisində sürüşmə  proseslərinin aktivləşməsi gözlənilir: Norio, Martğopi, Teleti, Kumisi, Tbilisi-Koda magistralının şimal Şinatexi dərəsində (Kumis kəndinin yaxınlığında), Arkaşeni çayı dərəsinin başlanğıcında və Axalsamqoridə.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →