—

Faiq Quliyev səfirlikdə davam edən prezident seçkiləri ilə bağlı açıqlama verdi

474
Faiq Quliyev səfirlikdə davam edən prezident seçkiləri ilə bağlı açıqlama verdi
Dinləmək üçün basın

Fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində və Batumidə seçki məntəqələri təşkil olunub.

Fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində və Batumidə seçki məntəqələri təşkil olunub.

InterPress.ge-nin xəbərinə görə, səsvermə prosesi Tbilisi vaxtı ilə saat 08:00-da başlayıb.

Səfir Faiq Quliyevin sözlərinə görə, səfirlikdəki seçki məntəqəsi seçicilərin sərbəst və qərəzsiz səsverməsini təmin etmək üçün lazımi avadanlıqlarla təchiz olunub. 

"Saat 15:00-a olan məlumata görə, siyahıda olan Azərbaycan vətəndaşlarının 54% -i səsvermə hüququndan istifadə ediblər. Seçicilər böyük aktivlik nümayiş etdirirlər", -deyə səfir bildirib.

Səfir qeyd edib ki, seçki siyahısında 66 nəfər var ki, onlar arasında 18 yaşına çatmış və ilk dəfə səsvermə hüququndan istifadə edən 6 nəfər var. Həmçinin səs verənlər arasında 1937-ci il təvəllüdlü şəxs də var.

Onun sözlərinə görə, seçki məntəqəsi saat 19:00-a kimi açıq olacaq.

Məlumat üçün bildirək ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar dünyanın 37 ölkəsində 49 seçki məntəqəsi yaradılıb. Onlardan ikisi Gürcüstan ərazisindədir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →