—

Zurabişvili: "Siyasi yolumun bütün mərhələlərində rolum dəyişməz qalacaq"

334
Zurabişvili: "Siyasi yolumun bütün mərhələlərində rolum dəyişməz qalacaq"
Dinləmək üçün basın

"Əvvəllər olduğu kimi, siyasi yolumun bütün mərhələlərində rolum dəyişməz qalacaq, müstəqilliyin, millətçiliyin, demokratiyanın, Avropa gələcəyinin keşiyində dayanacağam. Həm bu gün, həm də sabah mən sovet və rus…

"Əvvəllər olduğu kimi, siyasi yolumun bütün mərhələlərində rolum dəyişməz qalacaq, müstəqilliyin, millətçiliyin, demokratiyanın, Avropa gələcəyinin keşiyində dayanacağam. Həm bu gün, həm də sabah mən sovet və rus keçmişinə qayıtmaq, Avropa imkanlarını sabotaj etmək cəhdlərinə qəti şəkildə qarşı çıxacağam".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili açıqlama verib.

Onun sözlərinə görə, Avropa Gürcüstanın alternativsiz gələcəyidir.

“Hamıya aydın olsun ki, bu dinc, ədalətli və bərabər gələcək təkcə bizə deyil, bu gün işğal olunmuş Abxaziya və Sxinvalidə öz elementar insan hüquqlarını, mədəni kimliklərini, dillərini və torpaqlarını zorla özgəninkiləşdirilməsindən qoruya bilməyən insanlara məxsusdur. Əvəzində biz birlikdə Avropaya daxil olmaq üçün ümidverici və etibarlı bir yol gözləyirik. Bu, ölkəmizin alternativsiz gələcəyidir, xalqımızın iradəsidir və bu iradəni yerinə yetirmək bizim borcumuzdur”, - Zurabişvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →