—

Çətin meteoroloji şəraitlə əlaqədar bir sıra yollarda məhdudiyyətlər tətbiq edilib

474
Çətin meteoroloji şəraitlə əlaqədar bir sıra yollarda məhdudiyyətlər tətbiq edilib
Dinləmək üçün basın

Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stephantsminda-Larsi (Rusiya Federasiyasının sərhədi) avtomobil yolunun Qudauri-Kobi hissəsində çətin meteoroloji şərait (çovğun və məhdud görünmə) ilə əlaqədar qoşqu və yarımqoşquların…

Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stephantsminda-Larsi (Rusiya Federasiyasının sərhədi) avtomobil yolunun Qudauri-Kobi hissəsində çətin meteoroloji şərait (çovğun və məhdud görünmə) ilə əlaqədar qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, qalan nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri (post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

Qarla əlaqədar Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun km39 - km62  hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →