—

Pavel Herçinski: "Yeni seçilmiş Baş nazir və yeni təyin olunmuş nazirlərlə işləməyə hazırıq"

306
Pavel Herçinski: "Yeni seçilmiş Baş nazir və yeni təyin olunmuş nazirlərlə işləməyə hazırıq"
Dinləmək üçün basın

"Sizi əmin etmək istəyirəm ki, hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, biz Avropa İttifaqı Gürcüstanın Avropaya inteqrasiya yolunda uğur qazanması üçün yeni seçilmiş Baş nazir və yeni təyin olunmuş nazirlərlə…

"Sizi əmin etmək istəyirəm ki, hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, biz Avropa İttifaqı Gürcüstanın Avropaya inteqrasiya yolunda uğur qazanması üçün yeni seçilmiş Baş nazir və yeni təyin olunmuş nazirlərlə işləməyə hazırıq".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə hökumət dəyişikliyi ilə bağlı sualı cavablandıran Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

“Xarici ölkənin diplomatı kimi bu suala cavab verərkən çox diqqətli olmalıyam. Onu deyə bilərəm ki, biz əvvəlki hökumətlə, əvvəlki baş nazirlə çox sıx əməkdaşlıq etmişik, keçən il dekabrın 14-də Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurası tarixi qərarı verdi və mən növbəti hökumət və baş nazirlə çox sıx və konstruktiv əməkdaşlığa ümid edirəm. Bilirik ki, bu gün bəzi açıqlamalar gözlənilir. Parlamentdə proses gedir. Mən özüm də yeni hökumətin tərkibinin necə olacağı ilə çox maraqlanıram, ancaq sizi əmin etmək istəyirəm ki, hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, biz Avropa İttifaqı Gürcüstanın Avropaya inteqrasiya yolunda uğur qazanması üçün yeni seçilmiş Baş nazir və yeni təyin olunmuş nazirlərlə işləməyə hazırıq".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →