—

Xarici ölkə vətəndaşlarının Gürcüstandan qovulması halları artıb

1,239
Xarici ölkə vətəndaşlarının Gürcüstandan qovulması halları artıb
Dinləmək üçün basın

Xarici ölkə vətəndaşlarının Gürcüstandan qovulmasının statistikası ildən-ilə artır. Rəsmi məlumata görə, 2023-cü ildə 190 əcnəbi ölkə ərazisini tərk edib.

Xarici ölkə vətəndaşlarının Gürcüstandan qovulmasının statistikası ildən-ilə artır. Rəsmi məlumata görə, 2023-cü ildə 190 əcnəbi ölkə ərazisini tərk edib.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin statistik məlumatlarına görə, ötən il Gürcüstandan qovulan vətəndaşların sayına görə, Azərbaycan 41 vətəndaşla birinci yerdədir.

İkinci yerdə 32 nəfərlə İran gəlir. Həmçinin ölkədən 27 hind, 13 rus, 9 misir, 9 nigeriyalı, 8 türk, 8 çin, 7 banqladeş, 6 iordaniya, 6 iraq, 5 pakistanlı qovulub.

Sənəddən aydın olur ki, ən çox qovulanlar 16-40 yaş kateqoriyasına aiddir və bu rəqəm 85 nəfərdir. Bundan başqa, 27 azyaşlı ölkəni tərk edib.

Ötən illərə gəlincə, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə 165, 2021-ci ildə 77, 2020-ci ildə 49 nəfər ölkədən xaric edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →