—

Ölkə üzrə avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub

382
Ölkə üzrə avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub
Dinləmək üçün basın

Ölkə üzrə avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub.

Ölkə üzrə avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub.

InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, Xaşuri-Axaltsixe-Vale, Axalkalaki-Kartsaxi və Axaltsixe-Ninotsminda avtomobil yollarının hissələrində, həmçinin Nakerala keçidində və Qudauri-Kobi hissəsində məhdudiyyətlər tətbiq edilib.

Aşağı temperatur və görmə məhdudluğu ilə əlaqədar beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun km 51-km 97 (Acğuri-Vale) hissəsində, Axalkalaki-Kartsaxi avtomobil yolunun km1-km36.5 hissəsində və Axaltsixe-Ninotsminda avtomobil yolunda 22-dən çox oturacaq yeri olan M3 kateqoriyalı (sürücü oturacağı istisna olmaqla) nəqliyyat vasitələrinin, həmçinin  qoşquların, yarımqoşquların hərəkəti qadağandır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Nakerala keçidində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Qarla əlaqədar Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun km 39-km 62 (Nakerala aşırımı) hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Həmçinin yolun qalan hissəsində nəqliyyatın hərəkəti məhdud deyil.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →