—

Aİ səfiri: "Gürcüstanın Avropa İttifaqına daxil olması zaman məsələsidir"

451
Aİ səfiri: "Gürcüstanın Avropa İttifaqına daxil olması zaman məsələsidir"
Dinləmək üçün basın

"Gürcüstanın Avropa İttifaqına daxil olması zaman məsələsidir və Gürcüstanın sərhədləri Avropa Birliyinin xarici sərhədlərinə çevriləcək. Beləliklə, biz əmin olmalıyıq ki, bu sərhədlər təkcə Gürcüstan üçün deyil, həm də…

"Gürcüstanın Avropa İttifaqına daxil olması zaman məsələsidir və Gürcüstanın sərhədləri Avropa Birliyinin xarici sərhədlərinə çevriləcək. Beləliklə, biz əmin olmalıyıq ki, bu sərhədlər təkcə Gürcüstan üçün deyil, həm də Aİ-yə üzv olan bütün ölkələr üçün çox yaxşı qorunur".

InterPress.ge xəbər verir ki, bu barədə Beynəlxalq Gömrük Günü ilə bağlı keçirilən tədbir çərçivəsində jurnalistlərə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski açıqlama verib.

Səfir vahid nəqliyyat sisteminə qoşulmanın Gürcüstan üçün nə deməkdir və ölkəyə hansı faydalar gətirəcəyi sualını cavablandırıb.

“Bu gün biz Beynəlxalq Gömrük Gününü qeyd edirik. Mən Gürcüstan gömrükçülərinin peşəkarlığını, zəhmətkeşliyini, fədakarlığını və uyğunlaşma qabiliyyətini qeyd etmək istərdim. Aİ 20 ildən artıqdır ki, Gürcüstanın vergi və gömrük gəlirləri sektorunu dəstəkləyir və biz bu dəstəyi davam etdirmək istəyirik, xüsusən indi Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə olduğu bir zamanda. Gürcüstanın Avropa İttifaqına daxil olması zaman məsələsidir və Gürcüstanın sərhədləri Avropa Birliyinin xarici sərhədlərinə çevriləcək. Beləliklə, biz əmin olmalıyıq ki, bu sərhədlər təkcə Gürcüstan üçün deyil, həm də Aİ-yə üzv olan bütün ölkələr üçün çox yaxşı qorunur”, - səfir qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tbilisidə narkotik cinayətlərinə görə 7 nəfər saxlanılıb – onların 4-ü xarici ölkə vətəndaşıdır181 400 lari dəyərində mal-qaranı mənimsəməkdə ittiham olunan şəxs saxlanılıbGürcüstanın Baş nazirinin xüsusi nümayəndəsi: “Daha iki Gürcüstan şərab şirkətinə qarşı sanksiya tətbiq etməyi planlaşdırırlar”Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkSon xəbərlərə bax →