—

Sankt-Peterburqda 15 yaşlı gürcü reper saxlanılıb

437
 Sankt-Peterburqda 15 yaşlı gürcü reper saxlanılıb
Dinləmək üçün basın

15 yaşlı gürcü reper Baby Melo (Qoqa Meladze) Sankt-Peterburqda konsertindən sonra saxlanılıb.

15 yaşlı gürcü reper Baby Melo (Qoqa Meladze) Sankt-Peterburqda konsertindən sonra saxlanılıb.
 

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata  görə, yanvarın 20-də “Nəhəng zal”da sərxoş vəziyyətdə olan gənclərin ictimai asayişi pozması, ucadan və ədəbsiz danışması ilə bağlı polisə müraciət daxil olub.

İş materiallarından aydın olur ki, 15-18 yaş arası 23 nəfər saxlanılıb. Onlar qadağan olunmuş yerlərdə spirtli içkilərdən istifadə etməkdə, yetkinlik yaşına çatmayanları sərxoş etməkdə, spirtli içkilər və tərkibində spirt olan məhsullardan istifadə etməkdə, xırda xuliqanlıqda ittiham olunurlar.

Sorğudan sonra bütün yeniyetmələr valideynlərinə təhvil verilib. Onlardan biri üçün heç kim gəlməyib və onlar yetkinlik yaşına çatmayanlar üçün təcridxanaya köçürülüblər.

Digər təfərrüatlar hələlik məlum deyil.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →