—

Danimarka Ukraynanın infrastrukturunun bərpasına 22,2 milyon dollar ayırıb

354
Danimarka Ukraynanın infrastrukturunun bərpasına 22,2 milyon dollar ayırıb
Dinləmək üçün basın

Danimarka hökuməti Ukraynaya daha bir yardım paketi təqdim etdiyini açıqlayıb. Bu dəfə o, infrastrukturun bərpasına - elektrik və istilik təchizatının təmin edilməsinə, həmçinin minaların aşkar edilməsi və…

Danimarka hökuməti Ukraynaya daha bir yardım paketi təqdim etdiyini açıqlayıb. Bu dəfə o, infrastrukturun bərpasına - elektrik və istilik təchizatının təmin edilməsinə, həmçinin minaların aşkar edilməsi və zərərsizləşdirilməsinə yönəlib.

InterPress.ge xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, bu, üç istiqamətə (hərbi dəstək, vətəndaş cəmiyyətinə dəstək və özəl sektora dəstək) malik olan “Ukrayna üçün Fond” çərçivəsində ayrılan üçüncü belə paketdir. Bu dəfə onun həcmi 151 milyon kron (22,2 milyon ABŞ dolları) olacaq.

Məlumatda vurğulanıb ki, Danimarka Ukraynaya ən böyük dəstək verən ölkələrdən biridir. Yeni paket də nəzərə alınmaqla, Danimarka bu istiqamətdə artıq 30,95 milyard kron (4,5 milyard ABŞ dolları) xərcləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →