—

Vətəndaş polisi ona zorakılıq tətbiq etməkdə ittiham edir

689
Vətəndaş polisi ona zorakılıq tətbiq etməkdə ittiham edir
Dinləmək üçün basın

Qoridə vətəndaş polisi ona zorakılıq tətbiq etməkdə ittiham edir.

InterPress.ge xəbər verir ki, Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmalara başlayıb.

39 yaşlı Serqo Biçinov deyir ki, xırda xuliqanlıq etdiyinə görə tutularaq polis bölməsinə aparılarkən polis ona vəhşicəsinə hücum edib.

Onun sözlərinə görə, “Coğoviç” ləqəbli polis əməkdaşlarından biri onun başına zərbələr endirir, üzünə tüpürür və həyatı ilə hədələyirdi. İstintaq Xidmətinin nümayəndələri artıq zorakılıq qurbanı olduğu iddia edilən şəxslə görüşüb və onu dindiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının səlahiyyət həddini aşmasını nəzərdə tutan 333-cü maddəsi ilə istintaq aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →