—

Gürcüstan 2023-cü ilin ilk 6 ayı ərzində 47 dəfə Facebook-dan hesablar haqqında məlumat istəyib

390
Gürcüstan 2023-cü ilin ilk 6 ayı ərzində 47 dəfə Facebook-dan hesablar haqqında məlumat istəyib
Dinləmək üçün basın

2023-cü ildə, ilk 6 ayda Gürcüstan hökuməti Meta-ya 47 dəfə müraciət edib və hesablar haqqında məlumat istəyib.

2023-cü ildə, ilk 6 ayda Gürcüstan hökuməti Meta-ya 47 dəfə müraciət edib və hesablar haqqında məlumat istəyib.

InterPress.ge xəbər verir ki, söhbət aidiyyəti dövlət qurumlarının Meta-ya müraciət etməsi və Facebook hesabları ilə bağlı məlumat tələb etməsi zamanı konkret araşdırma çərçivəsində tələb olunan məlumatlardan gedir.

Məlumat sorğuları Instagram, Messenger, Oculu və Whatsapp-a da aid edilə bilər. Metanın sözlərinə görə, belə müraciətlərin əksəriyyəti soyğunçuluq və ya adam oğurluğu kimi cinayət işlərinə aiddir.

Meta-nın bildirdiyinə görə, əksər hallarda hökumət sorğuları istifadəçilər haqqında qeydiyyat tarixi, xidmət müddəti kimi əsas məlumatların əldə edilməsinə yönəlib, həmçinin istifadəçinin İP ünvanını və hesab məzmununu axtara bilər.

Meta-nın məlumatına görə, 2023-cü ildə, yanvar-iyun aylarında Gürcüstan hökumətindən 47 müraciət daxil olub. Onların məlumatlarına görə, hökumətin müraciətlərinin 93,62%-i əsasında müəyyən məlumatlar tapılıb.

Bildirilib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ilin ilk 6 ayında Gürcüstan hökumətindən daxil olan müraciətlər artıb. Məsələn, 2022-ci ilin yanvar-iyun aylarında hökumət Meta-ya 27, 2022-ci ilin iyul-dekabr aylarında isə 28 sorğu ilə müraciət edib.

Bundan əlavə, əvvəlki illərlə müqayisədə 2023-cü ilin ilk 6 ayında Meta-nın hökumətin tələbini yerinə yetirmə nisbəti də artıb.

Bundan əlavə, qonşu ölkələrlə müqayisədə Meta Gürcüstan hökumətindən ən çox müraciət alıb. O cümlədən, 2023-cü ilin ilk 6 ayında Ermənistan hökuməti 5, Azərbaycan hökuməti isə 15 sorğu göndərib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →